Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
| ||
---|---|---|
Şirkətlər Populyar mədəniyyətdə
Əlaqəli |
||
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi.
Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər.[1]
İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır.[2][3] Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi.[4] Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu.[5][6] Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.